Şahruddin 4 ay sonra...

sahruddin-4-ay-sonra
Oxunma sayı: 2138

Bu ilin yanvar ayında qolu qırılan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev tam sağalıb.

“Qafqazinfo” xəbər verir ki, millimizin də üzvü olan qolkiper Azərbaycan Premyer Liqasının 32-ci turunda bu gün “Neftçi” ilə keçiriləcək oyun üçün start heyətdə yer alıb.

“Neftçi” - “Qarabağ” matçı saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Şahruddinin yanvar ayında komandanın Antalyadakı təlim-məşq toplanışı zamanı qolu sınmışdı. Qapıçı daha sonra Almaniyada əməliyyat olunub.