Şahruddin əməliyyat olundu - Foto

sahruddin-emeliyyat-olundu
Oxunma sayı: 1211

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev bu gün Almaniyanın Plattlinq şəhərində əməliyyat olunub.

“Qafqazinfo” xəbər verir ki, 31 yaşlı qolkiper adıçəkilən şəhərdə özəl klinikaların birində sol bud oynağından uğurlu əməliyyat keçirib.

Ş. Məhəmmədəliyevin əməliyyat və müalicə xərcləri AFFA tərəfindən qarşılanıb.