Qız qaçırmaq istəyərkən dava düşdü - 4 yaralı var+Yenilənib

qiz-qacirmaq-isteyerken-dava-dusdu
Oxunma sayı: 2572

Gəncə şəhərində kütləvi dava olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı 2012-ci il təvəllüdlü R. İ, 1984-cü il təvəllüdlü Samirə Hüseynova, 1985-ci il təvəllüdlü Aynurə İsmayılova xəsarət alıblar.

2003-cü il təvəllüdlü İsbi Əhmədov isə bıçaq yarası alıb.

İlkin ehtimala görə, insident qız qaçırmaq istəyərkən baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

***

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İsbi Əhmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Əli İsmayılov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Yunis Quliyev