Şahdağ və Daşkəsənə qar yağır - Yenilənib

sahdag-ve-daskesene-qar-yagir
Oxunma sayı: 846

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış, Şahdağa isə qar yağır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Səhər saatlarından Bakıda və Abşeron yarımadasında da yağış müşahidə olunur.

Respublikanın rayonlarına düşən yağıntının miqdarı Lerikdə 8, Zaqatalada 6, Qax, Tovuzda 4, Sədərək, Gədəbəy, Ağstafa, Ceyrançöldə 3, Lənkəran, Astara, Yardımlı, Altıağac, Şəki, Balakəndə 2, Quba, Daşkəsən, Şahdağ, Şamaxı, Qobustan, Qusar, Xaçmaz, İmişli, Xaltan, Şabran, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Ordubadda 1 mm-dək qeydə alınır.

Neft daşları, Balakən, Daşkəsən, Altıağac, Qusar, Göygöl, Şəki, Şamaxı, Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Naxçıvan MR-da 27, Aran rayonlarında 23, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

***

Saat 15:00-a olan məlumata görə, ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır.

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Daşkəsənin yüksək dağlıq ərazilərinə və Şahdağa qar yağır.

Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Ağstafa, Tovuz, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, Bərdə, Ağdam, Tərtər, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmirdə yağış yağır.

Göygöl, Zaqatala, Balakən, Şəki, Qax (Sarıbaş), Qəbələ, Şamaxı, Altıağac, Qusar, Göyçay, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 200 m-dək məhdudlaşır.