Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.
Əmrə əsasən, AAYDA-nın Söküntülər şöbəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.
Qeyd edək ki, C.Həsənov Penitensiar Xidmətin sabiq rəisi general-leytenant Ceyhun Həsənovun oğludur.
Son xəbərlər
Son Xəbərlər