“Reyslər həyata keçirilir, lakin sərhəd hələ də bağlıdır”

reysler-heyata-kecirilir-lakin-serhed-hele-de-baglidir
Oxunma sayı: 507

“Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına, həmçinin sərhədin tam açılmasına ikitərəfli və qarşılıqlı hazırlığımızı ifadə etdik”. 

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu “İrəvan dialoqu-2026” beynəlxalq konfransında çıxışı zamanı bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib. 

O, birinci mərhələdə sərhədin üçüncü ölkələrin vətəndaşları, həmçinin diplomatik pasport sahibləri üçün açılması barədə razılığın əldə olunduğunu qeyd edib:

“Türkiyə ilə əla dialoq qurulub. Məsələn, dünən nümayəndələrimiz Türkiyə-Ermənistan sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası haqqında memorandum imzaladılar. İki ölkə arasında aviareyslərin həyata keçirilməsinə başlanılıb, lakin ümumilikdə sərhəd hələ də bağlıdır. Bununla yanaşı, bəzi razılaşmalar artıq həyata keçirilir, bəziləri isə hazırlanma mərhələsindədir”.