ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi İran tankerinə atəş açaraq onu sıradan çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkədə məlumat yayıb.
Açıqlamaya görə, hadisə Oman körfəzində baş verib. İlkin olaraq ABŞ hərbçiləri beynəlxalq sulardan keçərək İran limanına gedən İran bayrağı altında üzən tankeri müşahidə ediblər. İddialara görə, ABŞ qüvvələri gəmiyə Amerika blokadasını pozduğuna dair dəfələrlə xəbərdarlıq edib, lakin tanker cavab verməyib.
“Daha sonra “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisindən “F/A-18 Super Hornet” döyüş təyyarəsi buraxıldı, bir neçə 20 mm-lik top atəşi etdi və tankerin sükanını sıradan çıxardı”, - məlumatda deyilir.
Son xəbərlər
Son Xəbərlər