Sakinlər yanğın olan binadan təxliyə edildi - Video

sakinler-yangin-olan-binadan-texliye-edildi
Oxunma sayı: 2858

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, qurumun qüvvələrinin operativ müdaxiləsi sayəsində 17 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.