“Super Bowl” Amerikan futbol çempionatı dünən Mayamidə baş tutub. “Qafqazinfo” xəbər verir ki, 54-cü dəfə təşkil olunan gecəyə pop ulduzları Cennifer Lopez və Şakira performansları ilə damğa vurublar.
Səhnəyə qırmızı libasda çıxan kolumbiyalı Şakira 2009-cu ilin hit mahnısı olan “She Wolfu”u səsləndirib. O, eyni zamanda çıxışında “Whenever, Wherever” və “Empire”yə yer verib. Şakira daha sonra səhnəyə porto-rikolu rep ifaçısı Bad Bunny-I dəvət edərək “I Like it” və “Hips Don't Lie” mahnılarını duet şəklində ifa edib.
.jpg)
Bunun ardından səhnəyə qara dəri geyimi ilə Cennifer Lopez təşrif buyurub. CeyLo 2002-ci ilin hit mahnısı “Jenny from the Block”, ardından “We from the Bronx, New- York” bəstələrini səsləndirib.

Bundan əlavə, o, “Hustlers” filmindəki striptiz şousunu “Super Bowl”da sərgiləyib. Dünya ulduzu daha sonra J Balvini səhnəyə çağıraraq “Love Don't Cost a Thing”I birgə ifa edib. Həmçinin Cenniferin 13 yaşlı qızı Emma da çıxış edib.
Gecənin sonunda Lopez və Şakira bir araya gələrək mahnı ifa ediblər.









Son xəbərlər
Son Xəbərlər