“Salto vurandan sonra boğuldu...” - Video

salto-vurandan-sonra-boguldu
Oxunma sayı: 6751

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda, Corat qəsəbəsi sahillərində 72 yaşlı Museyib Zakarayev dənizdə boğularaq ölüb.

“Qafqazinfo”nun məlumatına görə, mərhumun Baku TV-yə danışan qohumu bildirib ki, o, dənizdə salto vurandan sonra boğulub.

M. Zakarayevin qonşusu isə qeyd edib ki, ona havanın küləkli olduğunu deyərək çimməməyi tövsiyə edib: “Maşında oturmuşduq, dedi gedirəm çimməyə. Dedim, ağsaqqal, hava küləklidir, suya girmə. Eşitmədi, söylədi ki, bala, qismətdir, nə olacaqsa, olacaq”. 

Daha ətraflı videomaterialda: