Şamaxıda “Tarix yazan əbədiyaşar lider” mövzusunda konfrans keçirildi

samaxida-tarix-yazan-ebediyasar-lider-movzusunda-konfrans-kecirildi
Oxunma sayı: 1276

Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 3 oktyabr 1993-cü ildə ilk dəfə prezident seçilməsinin 30-cu ildönümünə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” mövzusunda elmi-praktik konfrans keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının “91”lər hərəkatının və partiya Veteranlar Şurasının üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Tahir Məmmədov, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri Tural Qasımov və ADPU-nun Şamaxı filailının Sosial və pedaqoji elmlər kafedrasının dosenti Zərifə Cavadova çıxış ediblər.

Natiqlər müasir Azərbaycanın memarı və qurucusu, böyük siyasətçi Azərbaycan xalqının XX əsrdə yetirdiyi nadir dahi şəxsiyyət, tariximizin canlı əfsanəsi olan Heydər Əliyev haqqında müfəssəl nitq söyləyiblər. Qeyd olunub ki, Azərbaycanda bu gün Ulu Öndərimizin ideyaları yaşayır və daha geniş şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ardınca filialın tələbələri- Fidan Abbasova və Aydan İbadovanın ifasında Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib.

“Tarix yazan əbədiyaşar şəxsiyyət” adlı filmin nümayişi ilə tədbir başa çatıb.