Samuxda qəza oldu, yaralılar var

samuxda-qeza-oldu-yaralilar-var
Oxunma sayı: 1563

Samuxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Köbər kəndində baş verib. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin "VAZ 2107" ilə toqquşması nəticəsində iki nəfər - 1987-ci il təvəllüdlü Qasımov Rafiq və 1986-cı il təvəllüdlü Mustafayev Rüstəm xəsarət alaraq xəstəxanaya yerlələşdirilib.

Məlumata görə, qəzaya uğrayan "06" dərəyə aşıb. 

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli