Samux rayonunda daha bir nəfər dəm qazından boğulub.
“Qafqazinfo”nun məlumatına görə, Çobanabdallı kənd sakini 2009-cu il təvəllüdlü Vüsal Hacıyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu günlərdə daha iki nəfər Samux rayonunda dəm qazından vəfat edib.
Yunis Quliyev

Son xəbərlər
Son Xəbərlər