Santa-Klaus Bərdə və Tərtərdə... - Fotolar

santa-klaus-berde-ve-terterde
Oxunma sayı: 3383

Santa-Klaus Azərbaycan kəndlərində uşaqları sevindirib.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri fotojurnalist Əziz Kərimov öz instaqram hesabında paylaşıb.

“Santa-Klaus kimi geyinən kişi Bərdədə uşaqlara şirniyyat və hədiyyələr təklif edir”, - deyə fotoqraf paylaşımında yazıb.

Santa-Klaus, həmçinin Tərtərdə uşaqları sevindirib. O, kənd uşaqlarına ümumilikdə 300-ə yaxın hədiyyə verib.

Fotolardan uşaqların gözlənilməz qonağı görüb necə sevindiyi, onu qucaqlaması görünür.

Qeyd edək ki, Ə.Kərimov müstəqil fotojurnalistdir. Onun fotoları tez-tez “Getty Images” fotoagentliyi, həmçinin “Associated Press” və “Reuters” informasiya agentlikləri tərəfindən dərc olunur.

***

İsrailin Azərbaycandakı səfirliyi Ağdam, Bərdə, Tərtər rayonlarındakı uşaqlara Yeni il hədiyyələri verib.

Bu barədə səfirlik Tvitter hesabında məlumat paylaşıb:

“Yeni ili qeyd etmək üçün səfirlik və “Lu-Mun” şirkəti bayram sovqatlarını Ağdam, Bərdə və Tərtər uşaqları ilə paylaşmaq qərarına gəlib.

Biz onlara Santa Klaus vasitəsilə kitablar, isti geyimlər, məktəb ləvazimatı, oyuncaqlar və sair hədiyyələr göndərdik. Bu uşaqlar ötən il müharibə zamanı çətin dövr yaşayıblar.

Biz səfirlik olaraq “Lu-Mun”dakı tərəfdaşlarımızla birgə onlara layiq olduqları dinc, ləyaqətli, şən həyata nail olmaqda kömək olmaq istərdik. Yeni 2022-ci iliniz mübarək olsun!”