Sarıbaş kəndinə gediş-gəliş bərpa olundu

saribas-kendine-gedis-gelis-berpa-olundu
Oxunma sayı: 2366

Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib.

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.

Bildirilib ki, rayonun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə gedən 7 km-lik məsafə qardan təmizlənib və gediş-gəliş bərpa edilib.

Qeyd edək ki, həmin kəndə gedən yol güclü qar səbəbindən bağlanmışdı.

Hazırda Sarıbaşda qarın qalınlığı 45 sm-ə çatır.

Mübariz Muradov