Sarkisyan Ayvazyanı vəzifəsindən azad etdi

sarkisyan-ayvazyani-vezifesinden-azad-etdi
Oxunma sayı: 2237

Ermənistan Prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın vəzifəsindən azad edilməsi ilə bağlı fərman verib.

“Qafqazinfo”nun “Sputnik Armeniya”ya istinadən məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Xatırladaq ki, Ara Ayvazyan mayın 27-də istefa verdiyini açıqlamışdı. Onun ardınca isə müavini Qaqik Qalatsyan, mətbuat katibi Anna Naqdalyan da istefaya gedib.