Sarkisyanın Qarabağda çəkilən bu fotosu - Qalmaqal yaratdı

sarkisyanin-qarabagda-cekilen-bu-fotosu
Oxunma sayı: 9504

Ermənistan prezidenti Serj Sarkisyanın tanınmamış Abxaziya Respublikasının vitse prezidenti Vitali Qabniya ilə birgə fotosu Gürcüstanla Ermənistan arasında gərginliyə səbəb olub.

Qafqazinfo” xəbər verir ki, fotonu dünən qondarma respublikanın xarici işlər naziri müavini Kan Taniyan facebook hesabında paylaşıb. O bildirib ki, foto Xankəndində, DQR-in (qondarma-red.) müstəqilliyinin 25 illiyinə həsr olunan tədbirdə çəkilib.

Məsələni şərh edən Gürcüstanın xarici işlər nazirinin müavini Qiqi Qiqiadze bildirib ki, rəsmi İrəvan qəti şəkildə prezident Sarkisyanın Abxaziya hökumətinin nümayəndələri ilə görüşməsini inkar edir.

O, eyni zamanda sosial şəbəkədə paylaşılan həmin fotonu şərh etməkdə çətinlik çəkdiyini vurğulayıb.