Londondakı “Grove” Qalereyasından məşhur küçə rəssamı Benksinin “Şarlı qız” əsərini oğurlayan 49 yaşlı Larri Freyzer 13 aylıq həbs cəzasına məhkum edilib.
“Qafqazinfo” xəbər verir ki, cinayət ötən ilin sentyabrın 8-də qeydə alınıb.
Freyzer iki gün sonra evində həbs olunub. Oğurlanan əsərin qiyməti təxminən 270 min funt sterlinq (355 min dollar) olub və qalereyaya geri qaytarılıb.
Benksi uzun illər kimliyini gizli saxlayan, dünyanın ən tanınmış küçə rəssamlarından biridir.
“Şarlı qız” əsərini 2002-ci ildə qraffiti kimi yaradıb və daha sonra bu mövzuya əsaslanan bir neçə çap və rəsmlər hazırlayıb.



Son xəbərlər
Son Xəbərlər