“Səbail” fransalı futbolçu transfer etdi

sebail-fransali-futbolcu-transfer-etdi
Oxunma sayı: 1121

“Səbail heyətini daha bir futbolçu ilə gücləndirib. 

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, komanda fransalı müdafiəçi Silvayin Deslandeslə bu mövsümün sonunadək müqavilə imzalayıb. 

26 yaşlı adıçəkilən futbolçu klubda 3 nömrəli forma ilə çıxış edəcək. 

Qeyd edək ki, Deslandes karyerası ərzində “Vulverhempton”, “Portsmut” (İngiltərə), “Cumilla” (İspaniya), “Arqes” (Rumıniya), “Debretsen” (Macarıstan) klublarında çıxış edib.