“Seçki məntəqələrinin üzvləri orada məskunlaşanlar olacaq”

secki-menteqelerinin-uzvleri-orada-meskunlasanlar-olacaq
Oxunma sayı: 1280

“İşğaldan azad edilmiş ərazilərdə yaradılmış 26 seçki məntəqəsindən 22-24-ü ölkənin digər yerlərindəki seçki məntəqələrinə ən yaxşı nümunə ola bilər”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

Sədr vurğulayıb ki, hazırda bu məntəqələrdə son tamamlama işləri aparılır: “Seçki məntəqələrinin üzvləri əsasən orada məskunlaşan şəxslərdən ibarət olacaq”.

Zaur Mirzə