Səfərbərlik Xidməti insan hüquqları aylığı çərçivəsində tədbir keçirdi - Fotolar

seferberlik-xidmeti-insan-huquqlari-ayligi-cercivesinde-tedbir-kecirdi
Oxunma sayı: 2481

İyunun 7-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Nizami rayon idarəsində çağırışçıların iştirakı ilə “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbət verir ki, Xidmətin Nizami rayon idarəsinin rəisi polkovnik-leytenant Elxan Feyziyev görüşün məqsədi barədə məlumat verib.

Məruzə ilə çıxış edən SHXÇDX aparatının idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov bildirib ki, Azərbaycan Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının kifayət qədər əhatəli şəkildə təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir.

F.İsmayılov Azərbaycanda insan hüquqları sahəsində, xüsusilə də hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi istiqamətində görülən işlər və aparılan islahatlar barədə iştirakçılara ətraflı məlumat verib. Çağırışçıların hüquq və vəzifələri barədə qanunvericilik aktlarının müddəalarını diqqətə çatdırıb.  

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.