Səfərbərlikdən sonra Rusiyanı tərk edənlərin sayı açıqlandı

seferberlikden-sonra-rusiyani-terk-edenlerin-sayi-aciqlandi
Oxunma sayı: 5541

Rusiyada qismən səfərbərlik elan olunandan sonra ölkəni 261 min kişi vətəndaş tərk edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Novaya Qazeta. Evropa” nəşri yayıb. 

Bildirilir ki, Rusiyanı tərk edən kişilərin sayı açıqlandıqca Kreml daxilində çağırış yaşına uyğun gələn şəxslər üçün sərhədlərin bağlanması müzakirə olunur. 

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Ölkənin hava limanlarında son günlər üçün biletlər başa çatıb və Rusiyanın qonşu ölkələrlə quru sərhədlərində tıxaclar yaranıb.