Şəhid övladları 1 gün tanınmış şirkəti idarə etdi - Video

sehid-ovladlari-1-gun-taninmis-sirketi-idare-etdi
Oxunma sayı: 2726

Bu gün dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi şəkildə qeyd edilir.

“Qafqazinfo” xəbər verir ki, “166 Yükdaşıma və Logistika” şirkəti bu bayram münasibətilə ənənəvi olaraq şəhid övladlarına xüsusi diqqəti göstərib.

Belə ki, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin övladları “166 Yükdaşıma və Logistika” şirkətinə dəvət olunub.

Uşaqlar öncə şirkətin müxtəlif şöbələrində gedən iş prosesi ilə yaxından tanış olub, əməkdaşlarla həmsöhbət olduqdan sonra onlara maraqlı olan sualları yönləndiriblər.

Şəhid övladları şirkətdə mühasibatlıq, zəng mərkəzi, hüquq, informasiya texnologiyaları, müştəri məmnuniyyəti, satış və digər şöbələri ilə tanış olaraq, gələcəkdə özlərinə uyğun sahələri kəşf edə biliblər.

Daha sonra şirkət rəhbərliyi və əməkdaşları uşaqları bayram münasibətilə təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Sözügedən gündən maraqlı görüntüləri təqdim edirik: