Şəhid Tağı İbrahimovun baraleyfinin açılış mərasimi keçirilib - Fotolar

sehid-tagi-ibrahimovun-baraleyfinin-acilis-merasimi-kecirilib
Oxunma sayı: 995

Bu gün Nəsimi rayonunda şəhid Tağı İbrahimovun baraleyfinin açılış mərasimi keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, açılış şəhidin Nəsimi rayonu H.Seyidzadə 35 ünvanında yaşadığı binanın həyətində olub.

Açılışda şəhidin təhsil aldığı Nəsimi rayonu 9 saylı tam orta məktəbin şagirdlərinin vətənpərlik mövzusunda hazırladıqları kompozisiya göstərilib.

Tədbirdə çıxış edən şəhidin bacısı Məlahət İbrahimova, həyat yoldaşı Sevinc İbrahimova və 9 saylı tam orta məktəbin direktoru T. İbrahimovun xatirəsinə xoş sözlər deyib.