Şəhid və qazi övladları üçün tamaşa təşkil edilib - Foto

sehid-ve-qazi-ovladlari-ucun-tamasa-teskil-edilib
Oxunma sayı: 711

DTX-nin Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün tədbir təşkil edilib.

“Qafqazinfo” DTX-nin saytına istinadən xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün xüsusi proqram əsasında hazırlanmış uşaq tamaşası nümayiş etdirilib.

Tamaşa uşaqların böyük marağına səbəb olub, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.