Şəhid zabitimizin doğum günüdür

sehid-zabitimizin-dogum-gunudur
Oxunma sayı: 2635

Bu gün Qarabağ döyüşlərində şəhid olan baş leytenant Bayramov Malik Yaşar oğlunun doğum günüdür.

"Qafqazinfo" xəbər verir ki, Malik Bayramov 1964-cü il martın 15-də Şamaxının Bağırlı kəndində anadan olub.

M.Bayramov 1990-cı ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakultəsini bitirib. 1992-ci  ildən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Cəbrayıl ,Füzuli, Tərtər rayonu istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. M.Bayramov 1994-cü il mayın 8-də Tərtər rayonu Çaylı-Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

M.Bayramov ölümündən sonra Ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə  təltif olunub. Şəhid zabit Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub.