Şəhidin atası vəfat etdi

sehidin-atasi-vefat-etdi
Oxunma sayı: 2431

Vətən müharibəsi şəhidi, baş leytenant Elgün Əzizovun atası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, şəhidin atası Elman Əzizov Bakı şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Elgün Əzizov 1990-cı ildə Şamaxıda anadan olub. Şəhid olduqdan sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidimizin üç övladı yadigar qalıb.