Şəkidə 27 yaşlı kişi özünü güllələyib.
"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Çeşməli kəndinin inzibati ərazisində baş verib.
1996-cı il təvəllüdlü, Laçın rayon sakini hazırda Şəkinin Yeni Çələbixan qəsəbəsində yaşayan Məhəmməd Məmmədov özünü ov tüfəngi ilə güllələyərək intihar edib.
Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.
Mübariz Muradov
Son xəbərlər
Son Xəbərlər