Şəkinin bu kəndlərində elektrik şəbəkəsi yeniləndi - Video

sekinin-bu-kendlerinde-elektrik-sebekesi-yenilendi
Oxunma sayı: 1010

“Azərişıq” ASC Şəki rayonunun daha iki kəndinin elektrik şəbəkəsini yenidən qurub. 

“Qafqazinfo” xəbər verir ki, “Azərişıq” ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Şəkinin Balyanı və Kiş kəndlərinin elektrik şəbəkəsi yenilənib.

Yenidənqurma işləri çərçivəsində 70 abonenti olan Balyanı  kəndində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 8 km-a yaxın 10 kV-luq, 4 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.

Elektrik şəbəkəsi yenidən qurulan digər kənd isə Şəkinin qədim Kiş kəndidir. 1477 abonenti olan Kişdə yenidənqurmadan sonra 13 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 14 km-a yaxın 10 kV-luq, 37 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənib.

Hər iki kənddə abonentlərin sayğacları dəyişdirilib.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.