Nazirliyin mətbuat ximətindən “Qafqazinfo”ya daxil olan xəbəə görə, iclasda çıxış edən nazir Səlim Müslümov bu orqanın fəaliyyətinin bu gün heç də qənaətbəxş səviyyədə olmadığını deyib, konkret faktlar səsləndirib.
İclasda nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev müfəttişliklərin ötən il və cari ilin 10 ayına dair fəaliyyətlərinin araşdırılması zamanı aşkar edilən nöqsanlar barədə məlumat verib. Müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu diqqətə çatdırılıb. Regional əmək müfəttişliklərinin xidməti ərazilərində olan müəssisələrdə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ənənəvi olaraq yoxlamaların aparılması isə qeyri-məntiqi hal kimi dəyərləndirilib.
İclasda qeyd olunan nöqsanların qısa müddətdə aradan qaldırılması və əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində ciddi dönüş yaradılması, əməyin mühafizəsi laboratoriyalarının işlək vəziyyətə gətirilməsi, qeyri-leqal məşğulluq hallarına qarşı tədbirlərin gücləndirilməsi, əmək hüquqlarının pozulması faktları aşkar edildiyi təqdirdə təsiredici amil kimi cərimələrin tətbiqinin diqqətdə saxlanılması və s. barədə müvafiq tapşırıqlar verilib.
Həmçinin vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən 5 regional müfəttişliyin rəisləri işdən azad edilib, 11 müfəttişliyin rəislərinə isə töhmət verilib. Daha 3 müfəttişlyin rəislərinin yerləri rotasiya qaydasında dəyişdirilib.
Son xəbərlər
Son Xəbərlər