Şəmkir su anbarında batan şəxsin axtarışları davam edir - Video

semkir-su-anbarinda-batan-sexsin-axtarislari-davam-edir
Oxunma sayı: 2225

Məlumat verdiyimiz kimi, Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlu batıb. 

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, axtarış işləri nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilir.

Qeyd edilib ki, hava şəraitinin mürəkkəbliyinə baxmayaraq, axtarış işləri fasiləsiz olaraq davam etdirilir.