SEPAH-a işləyən Səbuhi Səlimova ağır cəza verildi

sepah-a-isleyen-sebuhi-selimova-agir-ceza-verildi
Oxunma sayı: 7078

Sosial şəbəkələrdə “Hüseynçi” ləqəbi ilə tanınan və radikal dindar kimi təqdim olunan Səbuhi Səlimov barəsindəki məhkəmə işi yekunlaşıb.

"Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.