Serbiyada dəmiryol vağzalında faciə - 14 ölü, yaralılar var - Yenilənib

serbiyada-demiryol-vagzalinda-facie
Oxunma sayı: 2620

Serbiyanın Novi Sad şəhərində dəmiryol vağzalının tavanı uçub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, hadisə zamanı 13 nəfər həlak olub, yaralılar var.

Xilasedicilər ölənlərin cansız bədənini dağıntılar altından çıxarıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

***

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bunu Serbiya lideri Aleksandr Vuçiç bildirib.

“Biz hələ beş nəfərin şəxsiyyətini müəyyənləşdirə bilməmişik, səkkiz nəfər Serbiya, bir nəfər Şimali Makedoniya vətəndaşıdır”, - o deyib.