Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirəcək

serhed-qosunlari-nezaret-buraxilis-menteqelerinde-yuklere-baxis-kecirecek
Oxunma sayı: 800

Sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçiriləcək.
 
“Qafqazinfo”nun Modern.az-a istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”yə dəyişiklik edib.
 
Qeyd edək ki, Sərhəd qoşunlarına belə bir hüquq “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 10 mart tarixli qanunla verilib. “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd qoşunlarının nəzarət-buraxılış məntəqələri haqqında Əsasnamə”də bu hüququn əksini tapması ilə Sərhəd qoşunları nəzarət-buraxılış məntəqələrində yüklərə baxış keçirməyə başlayacaq.