Xoşum gəldi Dilşaddan, mərd qızmış. Dediyini elədi. Xalidə Hətəmovanın cinayət işi barədə bütün təfərrüatı, cinayət işinin və fotoların surətrini mənə çatdırandan sonra qalib bir əda ilə söylədi: “Qulluğumun birinci hissəsini başa çatmış sayıram! İndi nə deyirsən eləyək.”
“Yataqmı?” - qadınlarla açıq danışmaqdan zövq alıram həmişə... Yalançı kübarlıq iyrəndirir məni. Hər şeyi öz adıyla! Guya qadınlar bilmir ki, nə necə adlanır?
“Dedim ki qulluğundayam!”
Dilşadı Zooparkın yaxınlığındakı “Yaşıl ada” restoranına apardım. Divanlı-kreslolu bir otaq seçdik özümüzə.
Üst paltarlarımızı çıxarıb asanda Dilşad pencəyimin döş cibinə pul qoyurmuş kimi qatlanmış bir kağız dürtüşdürdü. Məzələndim: “Olmaya əyləncə üçün mənə para ödəyirsən?” Yox dedi, bu sənə üçüncü sürprizimdir!
“Sevgi məktubudu?”
“Boğazında qalar!” – yüngül qadınlara xas olan bir qəh-qəhə atdı. Tez də ciddiləşdi:
“Söz ver ki, burda oxumayacaqsan!”
Onun gözlərindəki qaim-qədim kədəri görüncə: “Söz verirəm” – deməkdən başqa əlacım qalmadı.
Sifarişləri Dilşad verdi: daha çox salat, göy istədi, içkilərdən kəmturş şərab. Mən iki yüz araq aldım. Təbii ki, balıq və qoyun ətindən kabab da daxil idi menyumuza. Yaşıl köynəkli ofisiant otaqdan çıxan kimi Dilşadın badamı dodaqlarından ehtiraslı bir öpüş aldım:
“Sən ilan balası da sifariş edəydin gərək!”
“Anlamadım...”
“Vaqif Səmədoğlunun sözlərinə yazılmış “Uzaq yaşıl ada” mahnısını eşitmisən?”
“Bəli.” - Gözəl səslə oxumağa başladı:
Halıma yanan gərək
Səsin düşəndə yada
Ayrılıq bir dənizdir
Sən uzaq yaşıl ada”
“Bəs ədəbiyyatda Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Bayatlı Odər adlı bir üçlüyün mövcudluğundan necə, xəbərin varmı?..”
“Deyəsən var!”
“Onda qulaq as: Vaqif Bayatlı Odərin ədəbi ləqəblərindən biri “Yaşıl köynəkli oğlan”dır, Ramiz Rövşənin ən məşhur şeiri “İlan balası.” Deməli belə, biz “Yaşıl ada” restoranında oturub, yaşıl köynəkli ofisiantlara sifariş veririksə, deməli ilan balası da istəməliyik...”
“Nə bilirsən ki, ilan balası istəmirəm?!” – üstümə atıldı, incə əllərini şeyimdə gəzdirincə dəliyə döndüm. Cəld qalxıb qapının arxasını vurdum, pərdəni çəkib Dilşadı bir göz qırpımında divanın üstünə aşırdım. Onu parçalamaq istəyirdim!
“Dəlisəəəən?” - ə hərflərini ehtirasla uzatdı. Onu öpməyə, daha dəqiqi əmməyə boğazının altından başladım. Bunu hansısa bəlgəsəldə xallı bəbirin antilopa hücumundan öyrənmişdim. Dilşadın yaxasının incə düymələrini burnum və dodaqlarımla açanda şəhvətlə ah çəkdi, döş gilələrini dilimin ucunu toxunduranda ət kimi altıma sərildi. Adi passiv hərəkəti mənə yeni, ilahi bir enerji verirdi. Əllərim ixtiyarsız alt paltarına uzandı. Bu dəfə... etiraz olmadı! Bağlı qalmayan bütün yollar gözəldir! İsti və dar idi! Çıxardığı pişik səsləri isə ilahi harmoniyanın himnindən başqa bir şey deyildi.
Mən hülqum vura-vura boşalınca onu özümə möhkəm-möhkəm sıxdım, incəsini balaca yuxarı qaldırdım, odur ki, orqzamı ləzzətlı bir əzabla yaşadı Dilşad xanım. Az qala qışqıracaqdı ehtirasdan. Bu nə idi, ilahi! Sən şəhvət və ehtiras deyilən hissi hansı saatda yaradıb, hansı qələmlə yazmısan?! Od tutub yanmayıbmı o qələm?
Xoşbəxt idik, çox xoşbəxt!
Bədənimin ağırlığı altında Dilşad ehtirasın yeddinci həzzini yaşayırdı. O, əynindəki paltarı yavaş-yavaş çıxardı, qolunu qoluma, əlini əlimə, qılçalarını qılçalarıma, bir sözlə hər şeyini hər şeyimə keçirməyə çalışdı. Hiss etdim ki, biz bədəncə biri-birimizə hopmaq istəyirik. Bu sevgi olmasın? Bəs Dilşadı sevirdimsə bu keçən beş ildə niyə bir dəfə maraqlanmamışdım onunla? Bəlkə ərdə olduğuna görə? ...Artıq mənim idi badam dodaqlı mələyim! Onun alt dodağını ağzıma salıb qıdıqladım. Bir anda balıq kimi çabalayıb altımdan çıxdı, məni arxası üstə çevirib gözlərini açmadan pıçıldadı: “İlan balası istəyirəm!”
Dodaqlarını sinəmin tüklərinə toxundurub tədricən aşağı getdi. Utanmasın deyə mən də yumdum gözlərimi...
Dilşadın dili, dodaqları göbəyimin ətrafında bir az avaralanıb daha aşağıya endi və... allah şeytana lənət eləsin! Amma bu anda, bu saniyədə yox, bir az sonra, bir az çox sonra!
Qəribədir Dilşad bir anlıq badamı dodaqlarını “ilan balası”nın sanki qadın ağzının ölçüsündə, ona uyğynlaşdırılaraq yaradılmış dairəvi başından araladı, elə o anda, Allahın şeytana lənət eləmədiyi həmin dəqiqədə buyurdu:
“Oxudun də, Xalidə izahatında Səməndərin onu zorla minetə təhrik etməsini söyləmişdi... Oxuyanda gülmək tutdu məni. Bir çoban bu aristokrat münasibət tipini haradan öyrənib?”
Şeyimi sıxıb yanağındakı çuxura sürtərək əlavə etdi:
“Ama bu münasibətdən sonra arvada xəyanət etmək, özü də gözləri baxa-baxa – çətin məsələdir.”
Axır ki mən də dilləndim:
“Sən də olsan eyni hərəkəti edərdinmi? Öldürərdinmi ərini”
Dilşad tərddüt etmədən cavab verdi:
“Öldürərdim!”
Onu təkrar altıma basıb sol ayağını yuxarı qaldırdım...