İyunun 12-də İmişli rayon İcra Hakimiyyətinin və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – “Milli Qurtuluş Günü”nə həsr olunan “Milli Qurtuluşdan Zəfərə” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə kollektivləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirlməsi ilə başlanıb.
Tədbirin rəsmi hissəsində çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki dönüş nöqtəsindən, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və xalqımızın qurtuluşundakı tarixi xidmətlərindən bəhs ediblər. Natiqlər dahi rəhbərin zəngin dövlətçilik irsinə diqqət çəkərək, bu siyasətin Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunan tarixi Zəfərimizdən və Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursun əhəmiyyətindən danışıblar. Çıxış edənlər həmçinin Qurtuluş Gününün milli dövlətçiliyimizin bərqərar olması və möhkəmlənməsindəki əvəzsiz rolunu, eləcə də partiyanın rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini xüsusi vurğulayıblar.
Rəsmi hissənin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş şəxslərə partiya vəsiqələri təqdim olunub. Tədbir İmişli rayon Mədəniyyət Mərkəzinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib və sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.












Son xəbərlər
Son Xəbərlər