Kürdəmirdə “Mersedes” “Şevrolet” ilə toqquşdu - Xəsarət alanlar var-Fotolar

kurdemirde-mersedes-sevrolet-ile-toqqusdu
Oxunma sayı: 344

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki “Mersedes” markalı yük maşını ilə “Şevrolet” markalı avtomobil toqquşub. 

Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 2 nəfər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov