Sertab Erener 21 ildən sonra yenidən “Avroviziya”da

sertab-erener-21-ilden-sonra-yeniden-avroviziyada
Oxunma sayı: 2982

Türkiyəli pop-ulduz Sertab Erener yenidən “Avroviziya” səhnəsində çıxış edəcək.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, sənətçi bu ilin mayında Məlmö şəhərində baş tutacaq tədbirdə xüsusi qonaq qismində səhnə alacaq.

Erener ona 2003-cü ildə “Avroviziya”da qalibiyyət gətirmiş “Everyway That I Can” mahnısını ifa edəcək.

Xatırladaq ki, 2012-ci il dekabrın 14-də TRT telekanalı Türkiyənin “Avroviziya” müsabiqəsindən çıxdığını rəsmi şəkildə bəyan edib. Əsas səbəb mövcud səsvermə sistemi və “Böyük beşlik” ölkələrinin statusundan narazılıq olub. 2013-cü ildən ölkə yarışmada iştirak etmir.