Şərti düşmən hədəfləri məhv edildi - Video

serti-dusmen-hedefleri-mehv-edildi
Oxunma sayı: 1060

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.