Sertifikasiya ilə bağlı görüş keçirilir - Fotolar

sertifikasiya-ile-bagli-gorus-kecirilir
Oxunma sayı: 2277

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumatverici görüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Təhsil Nazirliyinin rəsmiləri, media nümayəndələri, təhsil ekspertləri və bloqerlər iştirak edirlər.

Tədbirdə ilk olaraq ibtidai sinif müəllimləri arasında keçirilən sertifikasının keçirilmə səbələri, qaydaları və digər məsələlər müzakirə olunur.

Tədbirdə iştirak edən təhsil eksperti Kamran Əsədov bildirib ki, təhsilverənlərin sertifikasiyası çox mühüm addımdır:

"Vaxtaşırı müəllimlərin bilikləri qiymətləndirilməlidir. Lakin ədəbiyyat siyahısı verilməlidir ki, imtahana girən müəllim verəcəyi imtahandan, təlim standartlarından xəbərdar olsun".

Gülnar Əliyeva