Serxio Peres Bakıda ilkə imza atdı

serxio-peres-bakida-ilke-imza-atdi
Oxunma sayı: 2741

Formula 1 üzrə Azərbaycan Qran-prisində ilk yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, Serxio Peres ikinci dəfə yarışın qalibi olmaqla “Bakıda hər il fərqli qalib olur” sindromunu qırıb.

O, 2021-ci ildə də birinci olmuşdu.

Qeyd edək ki, Niko Rozberq (“Mercedes”, 2016), Daniel Rikkiardo (“Red Bull”, 2017), Lüis Hemilton (“Mercedes”, 2018), Valtteri Bottas (“Mercedes”, 2019) və Maks Ferstappen (“Red Bull”, 2022) 2016-cı ildən təşkil edilən Azərbaycan Qran-prilərinin qalibi olublar.