Üç ay əvvəl 83 yaşında ata olan Hollivud ulduzu Al Paçinonu sevgilisi Nur Əlfallah tərk edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Aktyor prodüser kimi çalışan 29 yaşlı sevgilisi N. Əlfallahla 2020-ci ildə tanış olub. Bu il iyunun 6-da isə onların Roman adlı oğulları dünyaya gəlib. Al Paçino bu xəbəri doğumdan iki ay öncə öyrənmişdi. Bu xəbərlərlə gündəmdə olan cütlük aralarında baş verən yeni bir hadisə ilə yenidən hər kəsin diqqətini çəkib. Belə ki, yayılan məlumatlara görə, doğumdan 3 ay sonra Nur Əlfallah aktyoru tərk edib.
Cütlük arasında nə baş verdiyi məlum deyil. Bu məsələ ilə bağlı tərəflərdən heç biri açıqlama verməyib. Ancaq məhkəməyə müraciət edən və vəlayət istəyən tərəf Nur Əlfullah olduğundan münasibətləri bitirən şəxsin də onun olduğu düşünülür. Belə ki, o, məhkəməyə müraciət edərək övladının qəyyumluğunu istəyib. Al Paçinodan heç bir aliment tələb etməyib.
Qeyd edək ki, Al Paçinonun aktyorluq sahəsində amerikalı məşqçi Yan Tarrantdan Culi adlı 33 yaşlı qızı, əfsanəvi aktrisa Beverli Dancelodan isə Oliviya və Anton adlı 22 yaşlı əkizləri var.

Son xəbərlər
Son Xəbərlər