Sevgilisini döyməkdə ittiham edildiyi üçün məşqlərdən kənarlaşdırılan “Mançester Yunayted”in futbolçusu Antoni geri qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə keçmiş sevgilisi Qabriela Kavalyinini döyməkdə ittiham olunan futbolçu klub rəhbərliyi tərəfindən bağışlanıb.