Seysmoloqlarımız Ərəb Əmirliyində

seysmoloqlarimiz-ereb-emirliyinde
Oxunma sayı: 651

Mərkəzin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, telemetrik stansiyaların alınıb-quraşdırılması və tətbiqi sahəsində MDB ölkələri arasında liderlik edən RSXM ABŞ-ın “Kinemetriks” şirkətinin razılığı ilə başqa ölkələrdə də bu stansiyaların quraşdırılması prosesində iştirak edir. Şirkətlə RSXM arasında əldə olunmuş razılaşmaya əsasən regionda və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi ilə əlaqələri olan ölkələrdə telemetrik seysmik stansiyaların quraşdırılması RSXM-ın əməkdaşları tərəfindən həyata keçirilir.

Hazırda RSXM-ın Episentral şöbəsinin müdiri H.Tağıyev və Zəlzələlərin tədqiqat bürosu şöbəsinin əməkdaşı V. Fərəcov Birləşmiş Ərəb Əmirliklərində səfərdədirlər. RSXM əməkdaşları Abu-Dabidə yeni telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması prosesində iştirak edəcək, həmçinin stansiyaların iş prinspi ilə bağlı yerli mütəxəssislərə təlim-treninqlər keçirilməsi nəzərdə tutulur.