Silva “Napoli” ilə oyunda Yankoviçlə mübahisəsindən danışdı - Video

silva-napoli-ile-oyunda-yankovicle-mubahisesinden-danisdi
Oxunma sayı: 5804

“Qarabağ”ın futbolçusu Mateuş Silva UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda keçirilən “Napoli” – “Qarabağ” görüşündə Marko Yankoviçlə aralarında baş verən mübahisədən danışıb.

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin epizodda ciddi bir şey yox idi.

“Həmişə baş verən situasiyalardır. Hər şey həll olunub, hər şey qaydasındadır”, - o qeyd edib.

Qeyd edək ki, sözügedən oyunda italyanların penalti vurmağa hazırlaşdığı zaman Ağdam klubunun futbolçuları Marko Yankoviç və Mateuş Silva arasında mübahisə düşüb. Komanda yoldaşları futbolçuları sakitləşdiriblər.