“Russia Today” telekanalının baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyanın həyat yoldaşı Tiqran Keosayan komaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı M.Simonyan öz teleqram kanalında açıqlayıb.
Onun sözlərinə görə, rejissor və jurnalist olan Keosayan kliniki ölüm keçirib. Simonyan qeyd edib ki, əri uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkir.
Rusiyanın “Baza” teleqram kanalı Keosayanın ötən ilin dekabrın sonunda xəstəxanaya yerləşdirildiyini yazıb.
Qeyd edək ki, Keosayan və Simonyan 2022-ci ildən ailəlidir.
Son xəbərlər
Son Xəbərlər