Şirvanda “Heydər Əliyev İli” ilə bağlı konfrans keçirildi - Fotolar

sirvanda-heyder-eliyev-ili-ile-bagli-konfrans-kecirildi
Oxunma sayı: 1269

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə  martın 30-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda ümumşəhər tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri, şəhid ailələrinin nümayəndələri və digər şəxslər iştirak edib.

Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Sonra YAP Şirvan şəhər təşkilatının konfrans zalında elmi-nəzəri konfrans öz işinə başlayıb. 

Konfransda çıxış edən icra başçısı İlqar Abbasov Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bütün ruhu, qanı, canı ilə Azərbaycana bağlı olan ulu öndərin cəmiyyətin bütövləşməsi, həmrəyliyin möhkəmləndirilməsi, xalqların və etnik qrupların mədəni müxtəlifliyininin həm müdafiə, həm də inkişaf etdirilməsi, vahid amal ətrafında birləşdirilməsi üçün çətin bir yol qət etdiyini diqqətə çatdırıb. İllər ötsə də onun hər zaman qəlblərdə yaşayacağını vurğulayıb.

Digər çıxışçılar da Heydər Əliyevin həyat və fəaliyyətinin, dövlətçilik təcrübəsinin, elmi-fəlsəfi baxışlarının dünya ölkələrində dərindən öyrənildiyini diqqətə çatdırıblar. Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmuş bir qrup şəxsə partiya vəsiqələri təntənəli surətdə təqdim olunub.

Konfransdan sonra Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.