Şəmkirdə meşə massivinə yaxın ərazidə güclü yanğın baş verib.
"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, yanğın rayonun Şiştəpə kəndindən başlayaraq Şəmkir –Gədəbəy avtomobil yolunun Yasamal aşırımına kimi ərazini əhatə edib.
FHN-in Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, ərazidə quru ot və kol-kos yanır.
Alovun yaxınlıqdakı meşə massivinə keçməməsi üçün Tovuz, Gədəbəy və Şəmkirdən də yanğınsöndürmə briqadaları cəlb olunub.
"Qafqazinfo" yanğından görüntünü təqdim edir:
Son xəbərlər
Son Xəbərlər