SOCAR 700 neftçini təxliyyə etdi - Küləyə görə

socar-700-neftcini-texliyye-etdi
Oxunma sayı: 1430

Küləkli hava şəraiti ilə əlaqədar Xəzər dənizində çalışan neftçilər quruya təxliyyə olunub.

Bunu “Qafqazinfo”ya açıqlamasında SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov deyib.

“Güclü külək səbəbindən 700-ə qədər neftçi quruya təxliyyə olunub. Bundan başqa, bütün açıq səthlərdə işlər dayandırılıb. Bu proses hava şəraiti mülayimləşənədək davam edəcək”, - deyə şirkət rəsmisi bildirib.