Son günlər hava niyə isti keçir?

son-gunler-hava-niye-isti-kecir
Oxunma sayı: 3668

Son günlər ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Qafqazinfo”ya bildirib ki, bunun əsas səbəbi cənubdan ölkəmizə daxil olan isti hava dalğasıdır. 

Onun sözlərin görə, dekabrın 3-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyə çataraq, çoxillik iqlim göstəricilərindən 7,3 dərəcə yüksək olub.

Mülayim hava şəraitinin dekabrın 5-dək davam edəcəyi bildirilib.